ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricit Brink Azərbaycanda səfərdədir. Bu barədə Gununsesi.info-ya ABŞ-ın Azərbaycandakı səfirlikdən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində B.Brink Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.
Səfərin sabah, iyunun 24-də bitməsi planlaşdırılır.
Gununsesi.info