![](https://www.gununsesi.info/wp-content/uploads/2021/09/victoria_nuland_091116.jpg)
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.
V.Nuland twitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.
Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.
Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.
Gununsesi.info