ABŞ Dövlət Departamenti: “Hökuməti Bəxtiyar Hacıyevi azad etməyə çağırırıq”

  • By admin
  • 12 Dekabr 2022 00:43

Tanınmış siyasi fəal Bəxtiyar Hacıyevin həbs edilməsi beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Avropa İttifaqı rəsmilərinin ardınca ABŞ Dövlət Departamenti  də hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

Gununsesi.info-nun Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərdə bunlar bildirilib:

“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”.

 

Günay Təhməzova

Gununsesi.info