ABŞ dövlət katibi Entoni Blinken Avropaya səfər edir

  • By admin
  • 22 Mart 2021 18:21

ABŞ Dövlət Departamebntinin bildirdiyinə görə, dövlət katibi Entoni Blinken NATO müttəfiqləri ilə əlaqələri gücləndirmək, iqlim dəyişikliyi, terrorizmlə mübarizə və koronavirus pandemiyasına qarşı davamlı səylər kimi mövzuları müzakirə etmək üçün bazar ertəsi Brüsselə yola düşür.

Blinkenin çərşənbə axşamı və çərşənbə günü NATO xarici işlər nazirləri toplantısında iştirak etməsi və NATO-nun baş katibi Hens Stoltenberqlə görüşmələri planlaşdırılır.

Blinkenin Avropa və Avrasiya Məsələləri Bürosu üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker səfər öncəsi jurnalistlərə açıqlamasında “Bu, Dövlət katibi və xarici işlər nazirləri üçünNATO-2030 təşəbbüsünü müzakirə etmək üçün bir fürsət olacaq” deyib.

“İttifaqın qəbul etdiyi 2030 təşəbbüsünə əsasən Çin və Rusiya, iqlim dəyişikliyi, kibertəhlükəsizlik, hibrit hədələri, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi, qlobal pandemiya üzləşdiyimiz ortaq problemlərdir.”

Rikerin sözlərinə görə, keçmiş Prezident Donald Trampın dördillik xarici siyasətindən sonra Blinkenin Brüsseldə NATO-nun əhəmiyyətini vurğulayaraq, ABŞ-ın “ittifaqı bərpa etmək və canlandırmaq” öhdəliyini əks etdirən bir çıxış edəcək.

“Biz birlikdə güclüyük və qarşılaşdığımız çətinliklərin öhdəsindən daha yaxşı gələ biləcəyik və ittifaqımızı modernləşdirməli, lazım gəldikcə düzəltməli və qarşılaşdığımız dünya ilə necə davranacağımızı bilməliyik” – deyə, Riker bildirib.

Blinkenin planına Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen və Avropa İttifaqının Xarici Siyasət şöbəsinin başçısı Cosep Borrellə görüşlər də daxildir.

Dövlət Departamenti görüşlər zamanı koronavirus pandemiyasının vurduğu iqtisadiyyatın bərpası və “İran, Rusiya və Çindən gələn qlobal problemlər” məsələlərinin müqzakirə ediləcəyini bildirib.

Gununsesi.info