ABŞ döyüş təyyarələrini İran istiqamətinə göndərdi

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair son xəbərlərdən sonra ABŞ İrana döyüş təyyarələri göndərib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

HTML tutorial

“Son kəşfiyyat hesabatları İranın Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilən ballistik raket və dron hücumları barədə xəbərdarlıq etdiyi üçün, ABŞ Mərkəzi Komandanlığı Körfəzdə yerləşən döyüş təyyarələrini İran istiqamətinə göndərib”, – məlumatda qeyd olunub.

Təyyarələrin nə vaxt göndərildiyi barədə məlumat verilməyib.

Gununsesi.info