ABŞ elan etdi: Çin təcrid edilə bilər!

  • By admin
  • 21 İyun 2021 09:26

Çin öz ərazisinə koronavirusu araşdırmaq məqsədilə gələn mütəxəssisləri buraxmasa, beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşəcək.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Co Baydenin görüşlərindən danışan Sallivan bildirib ki, bu, diplomatik hazırlıq idi: “Dövlətləri bir araya gətirmək, Çin üzərində siyasi və diplomatik təzyiq yaratmaq…. Bu, Çini ağır seçim qarşısında qoymaq yolunda həlledici amildir. Ya məsuliyyətli şəkildə davranıb, ekspertlərin fəaliyyətinə icazə verəcəklər, yaxud da təcridlə üzləşəcəklər”.

Qeyd edək ki, Bayden Çin hakimiyyətinin beynəlxalq ekspertlərin Uhan Virusologiya İnstitutuna buraxılması gərəkdiyini bildirmişdi.

Gununsesi.info