ABŞ ermənilərə Azərbaycanla barışmaq üçün pul ayırır

  • By admin
  • 20 İyun 2022 10:33

ABŞ-ın ermənilərin Azərbaycan və Türkiyə ilə barışmasına pul ayırıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi “Platforma 2” ictimai diplomatiya layihələri üçün müsabiqə elan edib.

Layihələrə tədqiqat, təhsil, informasiya və Ermənistan xalqı ilə Azərbaycan və Türkiyə xalqı arasında etimadın yaradılması daxildir.

Səfirliyin elanında müsabiqənin məqsədi sadalanır. Bu, Ermənistanda Azərbaycan və Türkiyə xalqları ilə “xalq diplomatiyası”nı genişləndirmək, bu işlə məşğul olacaq şəxslərin şəbəkəsini formalaşdırmaqdır. ABŞ müsabiqə iştirakçılarını Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərə “ictimai baxışı dəyşdirməyə” və cəmiyyətlər arasında təmasların tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanacağı yeni mühitin yaradılmasını stimullaşdırmağa dəvət edir.

Müsabiqəyə Ermənistanın bütün KİV-ləri, akademik strukturları və ictimai fəaları, eləcə də erməni gəncləri dəvət olunur. Müsabiqənin müddəti bir ildir, bu müddət ərzində dəyəri 400 min dollar olan beş layihə seçiləcək.

Burada diqqətçəkən məqamlardan biri müsabiqənin müddətinin 1 il müddətində nəzərdə tutulmasıdır. Adətən qrant layihələrində, xüsusilə böyük məbləğin ayrıldığı işlərdə bir ilə qədər müddət qoyulur, lakin bu, həm də Vaşinqtonun qarşıdakı bir ildə Ermənistanda ictimai rəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına hazırlamaq istəyindən xəbər verir. ABŞ-ın bir illik “xalq diplomatiyası” layihəsi   Prezident İlham Əliyevin bir neçə gün öncə Qlobal Bakı Forumunda çıxışı zamanı “Ermənistanla sülh sazişini bir il ərzində imzalaya bilərik” sözləri fonunda da diqqət çəkir. Mümkündür ki, sazişin imzalanmasını istəyən Qərb cəbhəsi prosesin maksimum bir ilə başa çatdırılması niyyətindədir.

Gununsesi.info