ABŞ Ermənistana sanksiya TƏTBİQ ETDİ

  • By admin
  • 30 Sentyabr 2022 20:30

ABŞ Ermənistanın “Taco LLC” (Taco) şirkətinə sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Ermənistan şirkəti Rusiya ordusuna dəstək verməkdə ittiham olunur. Şirkət Rusiyanın “Radioavtomatika” kompaniyasının təchizatçısıdır.

Məlumata görə, “Radioavtomatika” Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib.

Sanksiya siyahısında kompaniyanın Çin və Belarus şirkətləri də var.

Gununsesi.info