ABŞ Baltikyanı respublikaları Rusiyanın mümkün esklasiyasından qorumaq məqsədi ilə bu gün ilk tank batalyonunun Estoniyaya gətirib.
Gununsesi.info “delfi.lv”-yə istinadən xəbər verir ki, ABŞ ordusunun ağır zirehli texnika piyada döyüş rotası Estoniyaya gətirilib. Bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, ağır piyada döyüş texnika rotası, onlara məxsus tank və BMP Estoniyanın Tapa stansiyasındadır və onlar dislikasoiay yerlərinə getmək üşün boşaldılır. Rotanın şəxsi heyəti isə keçən həftənin cümə günü gəlib.
ABŞ-ın Estoniyadakı səfirliyinin verdiyi məlumata görə, Amerika ilk olaraq 4 M1A2 Abrams tankı və 15 Bradley piyada döyüş maşınını göndərib.
Bundan əlavə olaraq NATO estoniyanın sərhədlərinin mühafizəinin möhkəmləndirilməsi məqsədi ilə 1200 hərbçi göndərəcək ki, onların 800-ü Böyük Britaniya, yerdə qalanı is Fransa və Danimarka hərbçisi olacaq. Bununla yanaşı Böyük Britaniya Estoniyaya Warrior döyüş maşını, “Challenger 2” tankı və kəşfiyyat pilotsuz uçan aparatlar verəcək.
Fransa da öz nğvbəsində Estoniyaya ağır həbri texnika göndərəcəyinə söz verib. NATO qüvvələri Estoniyanın Tapa şəhərində yerləşməklə bu ölkənin Silahlı Qüvvələrinin birinci piyada qoşunları briqadasınan tərkibində xidmət edəcəklər.
Gununsesi.info