ABŞ etirazları dayandırmaq üçün Kanadaya yardım təklif edib

  • By admin
  • 12 Fevral 2022 15:44

ABŞ sərhəddə nəqliyyatın hərəkətinə maneçilik törədən pandemiya məhdudiyyətlərinə qarşı etiraz aksiyalarını dayandırmaq üçün Kanadaya yardım etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Kanadanın ictimai yayımçısı olan “CBC News” tərəfindən yayılıb.

Birləşmiş Ştatlar ölkə iqtisadiyyatına təsir edən və Vaşinqtonda narahatlığa səbəb olan blokadaya son qoymaq üçün Castin Trüdo hökumətinə rəsmən kömək təklif edib. Ağ evin məlumatına görə, ABŞ nümayəndələri Ontario əyalətinin Uinsor şəhərini Miçiqan ştatının Detroyt şəhəri ilə birləşdirən körpünü blokadadan çıxarmaq üçün artıq bir neçə dəfə kanadalı həmkarları ilə danışıb. Bu körpü hər iki dövlət üçün əsas nəqliyyat arteriyasıdır.

Qeyd edək ki, Kanadada artıq üçüncü həftədir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan tədbirlərə qarşı yük maşınları sürücülərinin təşəbbüsü ilə başlayan etiraz aksiyaları davam edir. Etirazçılar ABŞ-la sərhəddəki iki keçid məntəqəsində nəqliyyatın hərəkətini xeyli ləngidib və paytaxt Ottavanın mərkəzi hissəsini bağlayıb.

 

 

Gununsesi.info