ABŞ Fətullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək

  • By admin
  • 03 Aprel 2018 09:00

ABŞ Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlində əli olmaqda ittihamları ilə əlqədar terror hərəkatının lideri Fəthullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, bunu “TASS”a ABŞ-ın ədliyyə nazirliyinin nümayəndəsi Nikol Navas bildirib.

O əlavə edib ki, ABŞ bu məsələ ilə əlaqədar qərarı Türkiyə hökuməti iş üzrə sənədləri təqdim etdikdən sonra qəbul edəcək: “Biz Türkiyə hökumətinin bu məsələ ilə bağlı bizə verə biləcəyi istənilən materialları nəzərdən keçirəcəyik. Biz ekstradisiya barədə qərarı faktlar əsasında və ABŞ qanunvericiliyinə uyğun olaraq qəbul edəcəyik”.

Gununsesi.info