
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarından ibarət eskadrilya Yaxın Şərqdəki Mərkəzi Komandanlıq zonasına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Pentaqon verdiyi açıqlamada İsrail-Fələstin münaqişəsinin oktyabrın 7-dən bəri pisləşdiyinə işarə edib.
“İranyönlü qruplar həm İraqda, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib”, – deyə açıqlamada bildirilir.
Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib: “Biz bilirik ki, bu hücumları həyata keçirən qruplar İslam İnqilabı Keşikçiləri Korpusu və İran rejimi tərəfindən dəstəklənir”.
O qeyd edib ki, Yaxın Şərqdə bir çox müxtəlif hərbi birləşmələr hazır vəziyyətdədir.
İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən bəri ABŞ-ın məqsədinin regional münaqişənin genişlənməsinin qarşısını almaq olduğunu deyən Rayder, zorakılığı artırmaq üçün ölkələrə münaqişə mühitindən istifadə etməmələri barədə xəbərdarlıq edib.
Gununsesi.info