
“Rusiyanın nüvə təlimlərinin üçüncü mərhələsi F-16 qırıcılarının Ukraynada peyda olmasına cavab idi”.
Gununsesi.info xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor X sosial şəbəkə səhifəsində bildirib.
“Amerikanın ilk F-16 qırıcıları Ukraynaya gəlib. Rusiya qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin üçüncü mərhələsinə başlayır”– deyə o qeyd edib.
Bundan əvvəl Ukrayna Hollandiyadan altı F-16 qırıcısı alıb.
Bildirilir ki, Ukrayna hərbçiləri tezliklə Danimarkadan belə təyyarələrin yeni partiyasını alacaqlar.
İlhamə
Gununsesi.info