ABŞ Gizli Xidmətinin agenti maşınla vuruldu

  • By admin
  • 17 Noyabr 2016 23:31

083407dbe8c0cc3edf2e5463d8b4b9d8

 

ABŞ Gizli Xidmətinin agenti Ağ Evin yaxınlığında maşınla vurulub.

Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, qəza baş verən zaman agent motosikletdə olub.

Həmin şəxs toqquşma nəticəsində travma alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti haqqında məlumat yoxdur.

Polis insidentin baş vermə səbəblərini araşdırır.

 

Gununsesi.info