
ABŞ Amerika mallarına oxşar proteksionist tədbirləri tətbiq edən bütün ölkələrdən idxala tətbiq etdiyi tariflərə istisnalar etmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Newsmax”a müsahibəsində danışıb.
O bildirib ki, istisanlar az sayda olacaq.
“Başqa ölkələr 45-50 ildir, hətta daha uzun müddətdir ki, bizi “soyur”. Biz həmişə yumşaq və zəif olmuşuq. Vəziyyət praktiki o yerdə idi ki, bizdə nə etdikləri barədə heç bir təsəvvürü olmayan liderlər hakimiyyətdə idi”, – Tramp hesab edir.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq etdi, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırdı.