ABŞ gündəlik 1 milyon barrel nefti bazara çıxaracaq

  • By admin
  • 31 Mart 2022 23:27

ABŞ altı ay ərzində strateji ehtiyatlarından gündəlik 1 milyon barrel nefti bazara çıxaracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Bu gün mən növbəti altı ay ərzində gündə 1 milyon barrel strateji neft ehtiyatından 180 milyon barreldən çox nefti bazara çıxarmaq barədə sərəncam verirəm”, – o deyib.

Gununsesi.info