ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib ki, ölkədə demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

O vurğulayıb ki, əgər “Xarici agentlər haqqında” qanun layihəsi Avropa İttifaqının normaları ilə razılaşdırılmadan irəli sürülürsə və Gürcüstanda demokratiyanın pozulması və dinc nümayişçilərə qarşı zorakılıq müşahidə olunarsa, o zaman ABŞ-dən məhdudiyyətlər gələcək.

 

Onun sözlərinə görə, onlar maliyyə xarakterli olacaq, bu cür hərəkətlərə görə məsuliyyət daşıyan şəxslərə, eləcə də onların ailələrinə səyahət məhdudiyyətləri olacaq.

Gununsesi.info