ABŞ Gürcüstanda mövcud hakimiyyəti devirmək niyyətindədir

Vaşinqtonun məqsədi Gürcüstanda siyasi rejimi dəyişməkdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın Məsuliyyətli Hökumət üzrə Quincy İnstitutunun nəşri olan Responsible Statecraft (RS) yazıb.

RS-nin vurğuladığı kimi, Ağ Ev növbəti “rəngli inqilab” hazırladığını rəsmən elan etməsə də, onun fəaliyyəti göstərir ki, Gürcüstan hakimiyyətinin dəyişdirilməsi ilə bağlı siyasi məqsəd artıq qarşıya qoyulub.

Eyni zamanda, RS qeyd edir ki, Vaşinqton xarici agentlər haqqında qanun layihəsi ilə bağlı Gürcüstana təzyiqləri artırmaqla onlar haqqında öz qanunvericiliyinə məhəl qoymur. Amerika xarici agentliyinin qaydaları o qədər qeyri-müəyyəndir ki, məsuliyyət “ən kiçik fəaliyyətdən belə yarana bilər”.

RS-in fikrincə, Gürcüstan qanunvericiliyi mükəmməl olmasa belə, bu, “yardım və viza məhdudiyyətlərinin dayandırılmasına, eləcə də Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların dayandırılmasına haqq qazandırmır”.

Qərb dövlətləri digər ölkələrə daxili siyasəti diktə etmək cəhdlərini dayandırmalıdırlar deyən nəşr əmindir ki, ABŞ digər hökumətlərin müstəqilliyinə Vaşinqtonun istədiyi qədər hörmət edir.

 

 

İlhamə

Gununsesi.info