ABŞ Gürcüstandakı seçkilərə müdaxilə etmək niyyətindədir

ABŞ Dövlət Departamenti Gürcüstanda keçirilən parlament seçkilərinə yeni müdaxilə üsulundan istifadə edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək niyyətindədir.

İddia olunur ki, Vaşinqton ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə müdaxilə etməyə razılaşıb.

“Nəzərdə tutulur ki, ATƏT DTİHB səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaətinə gələn aralıq hesabat dərc etsin”.

Xarici Kəşfiyyat Xidməti təklif edib ki, ABŞ-ın məqsədi hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsinə mane olmaqdır.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze seçkilərə görünməmiş müdaxiləni elan edib. O qeyd edib ki, bu, seçkinin nəticələrinə təsir etməyəcək.

 

 

Gununsesi.info