ABŞ Rusiya aktivlərini həbs etmək qərarı ilə bağlı Moskvanı xəbərdar etməyib.
Gununsesi.info “MK”-ya istinadla xəbər verir ki, bu bəyanatla yanvarın 11-də Kreml rəsmisi Dmitri Peskov çıxış edib.
O əlavə edib ki, bu təxribatçı bəyanat “Rusiya mülkiyyətinə qarşı qanunsuz hərəkətlər”dən xəbər verir.
Prezidentin mətbuat katibi onu da qeyd edib ki, ABŞ-la əlaqə kanalları demək olar ki, yoxdur.
“Heç kim bu barədə bizə xəbər verməyib. Bu, bizim əmlakımız, aktivlərimizlə bağlı qanunsuz hərəkətlərin mümkünlüyünü elan edən çox təxribatçı bəyanatdır. Bunun dərin nəticələri olmaya bilməz”, – Dmitri Peskov qeyd edib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Estoniyaya səfəri zamanı Rusiya Federasiyasının və onun vətəndaşlarının bütün aktivlərinin aşkar edilərək müsadirə olunmasını tələb etmişdi.
Bundan əvvəl məlum olub ki, G7 ölkələri Rusiyanın 300 milyard dollarlıq aktivlərinin müsadirə olunaraq Kiyevə yardım kimi göndərilməsi imkanlarını öyrənirlər.
Gununsesi.info