ABŞ HƏMAS-a qarşı sanksiyaları sərtləşdirəcək

  • By ilhame
  • 26 Oktyabr 2023 23:08

ABŞ Fələstinin Həmas hərəkatına qarşı sanksiyaları daha da sərtləşdirməyi, o cümlədən Avropadakı müttəfiqləri ilə birlikdə yeni məhdudlaşdırıcı tədbirləri tətbiq etməyi hədəfləyir.

Gununsesi.info xəbər verir ki, ABŞ-nin maliyyə naziri Janet Yellen bu barədə “Bloomberg TV”də danışıb.

Onun sözlərinə görə, Vaşinqton HƏMAS-ın maliyyələşdirilməsini məhdudlaşdırmaq imkanlarını nəzərdən keçirir.

Yellen əlavə edib ki, ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo region ölkələri ilə HƏMAS-a qarşı yeni sanksiyaları müzakirə etmək üçün tezliklə Avropaya səfər edəcək.

Gununsesi.info