“ABŞ hər şeyi təhdidlər yolu ilə həll etməyə çalışır”

  • By ilhame
  • 15 Sentyabr 2023 22:54

“ABŞ hər şeyi iqtisadi sanksiyalar, təhdidlər və ya güc tətbiqi yolu ilə həll etməyə çalışır”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Özünü müstəsna hesab edən bir ölkə var, o da ABŞ-dır. O, hətta cinayət hesab etdiyi şeyləri də etməyə icazə verir”, – deyə Putin bildirib.

 

Gununsesi.info