
ABŞ-a məxsus hərbi avtomobil karvanı İraq tərəfindən Suriya sərhədini keçərək bu ölkənin şimal-şərqində yerləşən bir neçə neft yataqları yaxınlığında mövqe tutub.
Gununsesi.org “Al İkhbariya” dövlət telekanalına istinadən xəbər verir ki, qanunsuz olaraq Əl-Valid sərhəd məntəqəsindən keçən ABŞ hərbçiləri Əl-Qəhtəniyəh məntəqəsindəki Əl-Cibsah neft sahələri yaxınlığına yerləşib.
22 hərbi avtomobil və 2 yük maşınından ibarət karvan havadan da mühafizə olunur.
Gununsesi.org