İraqdakı Beynəlxalq Koalisiya Qüvvələrinin sözçüsü polkovnik-leytenant Con Dorrian bu ölkədəki türk əsgərləri ilə bağlı sensasion açıqlama verib.
Avropa.info xəbər verir ki, amerikalı hərbçi İraq torpaqlarında olan türk əsgərlərinin beynəlxalq koalisiya qüvvələrinin tərkibində olmadığını açıqlayıb.
ABŞ ordusunun hərbçisi Dorrian türk əsgərləri ilə bağlı açıqlamasına belə davam edib:
“İraq torpaqlarında olan türk hərbçiləri İraq hökuməti tərəfindən dəvət olunmamış və rəsmi icazə ilə gəlməmişdir. Bu səbəblə də türk əsgərlərinin bu ölkədə olması qeyri-qanunidir. Bilindiyi kimi Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində bəzi ölkələr İraq hökumətinin icazəsi ilə buradadırlar. Bu qüvvələr İŞİD ilə mübarizə çərçivəsində İraq ordusuna havadan və qurudan dəstək verməkdədir”.
Gununsesi.info