
ABŞ Senatı Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edəcək ilk qadın admiral Liza Françettini ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təsdiq edib.
Gununsesi.info xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığına admiral Liza Françettinin namizədliyi Senatda səsə qoyulub.
Səsvermədə 95 senator lehinə, 1 senator əleyhinə səsverib və Françetti ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib. Beləliklə, Franchetti “ABŞ Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən ilk qadın” olub.
Cənubi Koreyada ABŞ-ın 6-cı Donanmasının və ABŞ Hərbi Dəniz Qüvvələrinin rəisi vəzifələrində çalışmış Françetti 38 ildir ki, Hərbi Dəniz Qüvvələrindədir.
Françetti ABŞ tarixində “admiral” rütbəsinə yüksələn ikinci qadın olub.
ABŞ prezidenti Co Bayden iyulun 22-də admiral Liza Françettini ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.
Gununsesi.info