ABŞ hərbi gəmisi İran gəmisinə atəş açdı - PENTAQON XƏBƏRİ TƏSDİQLƏDİ

  • By admin
  • 26 İyul 2017 15:12
7890f1a5526caac558c95359d657ad47
ABŞ-ın İran körfəzi sularında keşik çəkən hərbi dəniz qüvvələrinin gəmisi İranın İnqilabi Qvardiyasının həddən artıq yaxın məsafədən onun yanına gələn gəmisinə xəbərdarlıq atəşi açıb.
Gununsesi.info xəbər  verir ki, artıq bu  barədə məlumatı ABŞ hərbi dəniz qüvvələrinin rəsmisi Amerikanın Səsinə təsdiq edib.
Hərbi dəniz qüvvələrinin rəsmisinin bildirdiyinə görə, USS Thunderbirdgəmisiyüksək sürətlə onun 140 metrliyinə yaxınlaşan İran gəmisinə bir neçə xəbərdarlıq atəşi açıb.
Xəbərdarlıq atəşləri İran gəmisinin  Amerika gəmilərinin radio və səsli siqnallar vasitəsilə çağırışlarına əməl etmədiyinə görə son ölçü kimi istfadə edilib. Bu ilkin xəbərdarlıq siqnallarına Amerika hərbi dəniz donanmasının gəmilərinin beynəlxalq səviyyədə təhlükə simvolu olan sirenaları da daxildir.
Müdafiə nazirliyinin rəsmisi bildirib ki, insident zamanı Birləşmiş Ştatların Sahil Mühafizə xidməti USS Thunderbird gəmisi ilə birlikdə keşik çəkirdi.
Rəsmi nümayəndə insidenti “təhlükəli və qeyri-professional” kimi qiymətləndirib.
ABŞ müdafiə nazirliyinin rəsmisi bildirib ki, İran tərəfi bu kimi təhlükəli və təxribat xarakterli hərəkətləri yanlış hesablama risklərini lazımsız şəkildə artırmaqdan başqa bir şey deyil.
 Keçən ay İranın hərbi gəmisi Hörmüz körfəzində ABŞ-ın hərbi gəmilərini müşayiət edən Amerika helikopterinə lazer şüası istiqamətləndirib.
ABŞ-ın Beşinci Flotiliyasının sözçüsü Bill Urban İran gəmisinin USS Bataan döyüş gəmisinin 730 metrliyinə yaxınlaşdığını deyib.
 
Gununsesi.info