Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

  • By admin
  • 10 Aprel 2023 20:36

ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general CQ Braun və Hərbi Hava Qüvvələri katibinin beynəlxalq məsələlər üzrə köməkçisi general-mayor Culian C. Çiter bu gün Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla Pentaqonda görüşüblər.

Gununsesi.info xəbər verir ki, yüksək rütbəli liderlər regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

Gununsesi.info