ABŞ hərbi qüvvələrinə İraq və Suriyada 27 hücum

  • By admin
  • 01 Noyabr 2023 09:14

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bu yana İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı ümumilikdə 27 fərqli hücumun həyata keçirildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Pentaqonun mətbuat sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında dəyərləndirmələr edib.

Oktyabrın 17-dən İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı ümumilikdə 27 “kiçik miqyaslı hücum” həyata keçirildiyi barədə məlumatı paylaşan Rayder, bu hücumların 16-nın İraqda, 11-nin isə Suriyada olduğunu bildirib.

Hücumu həyata keçirən qrupların bunun İran tərəfindən dəstəkləndiyini bildiyini müdafiə edən Rayder bu səbəbdən İranı məsuliyyət daşıdıqlarını və ABŞ əsgərlərini qorumaq üçün lazım olan hər şeyin ediləcəyini qeyd edib.

Pentaqon sözçüsü toplantıda ABŞ-ın Mərkəzi Komandanlıq (CENTCOM) bölgəsinə daha 300 əsgər yerləşdirməyə qərar verdiyini açıqlayıb və bildirib ki,”Bu əlavə qoşunlar artıq bölgədə olan qüvvələrə yeni imkanlar, partlayıcı sursat zərərsizləşdirilməsi rabitəsi və digər dəstək verəcək”.

Rayder sözügedən qüvvələrin hara yerləşdiriləcəyi ilə bağlı məlumat verməsə də, İsrailə getməyəcəklərini və regional çəkindirmə səylərini dəstəkləmək və ABŞ qüvvələrini gücləndirmək niyyətində olduqlarını bildirib.

Rayder bir suala cavab olaraq Yəməndəki husilərin də İsraili hədəf alan orta mənzilli ballistik raket atması ilə bağlı məlumatlara malik olduğunu ifadə edərək, İsrailin bu hücumun qarşısını aldığını və ABŞ-ın “daha geniş regional münaqişənin qarşısını almaq” üçün hadisələri izlədiyini vurğulayıb.

İsrailin Qəzzaya hücumları ilə bağlı sualları cavablandıran Rayder, İsraili dəstəkləməyə davam edəcəklərini, lakin İsrailin əməliyyatları haqqında danışmayacağını, mülki şəxslərin müdafiəsi və müharibə qanunlarının nəzərə alınması ilə bağlı təmasların davam etdiriləcəyini müdafiə edib.

ABŞ ordusunun Deyr əz-Zor və Həsəkə əyalətlərindəki Şəddadi və Ömər neft yataqlarında yerləşən bazalarına qurudan silahlardan istifadə edilərək hücum edilib.

Hücum zamanı bazaların ətrafına raketlərin düşdüyü bildirilsə də, itki ilə bağlı məlumat yoxdur.

Oktyabrın 30-da ABŞ qüvvələrinin Deyr əz-Zorda yerləşdirildiyi Ömər neft yatağı və Koniko təbii qaz bazasına raket hücumu həyata keçirilib.

Gununsesi.info