ABŞ hərbi şirkətinin əməkdaşları Səudiyyə Ərəbistanının şahzadələrinə İŞGƏNCƏ VERİR, ONLARI TƏHQİR EDİRLƏR

  • By admin
  • 23 Noyabr 2017 15:54

Səudiyyə Ərəbistanında noyabrın əvvəlində tutulan şahzadələr, iş adamları və dövlət məmurları ABŞ-ın hərbi şirkətinin iştirakı ilə işgəncəyə məruz qalır, təhqir olunurlar.

Gununsesi.info-nun “report”a istinadən verdiyi məlumata görə, bu barədə kral ailəsindən bildiriblər.

“Onları döyür, sillələyir, təhqir edirlər. Bu yolla da mənəvi cəhətdən sındırmağa səy göstərirlər”, – mənbə vurğulayıb.

Qəzetin məlumatına əsasən, tutulan şahzadələr, iş adamları və dövlət məmurlarına ABŞ-ın “Academi” (“Blackwater”) adlı özəl hərbi şirkətinin əməkdaşları işgəncə verir.

“Onların saxlanıldığı otelin ətrafında Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarına məxsus zirehli avtomobilləri görünür. Binanın içərisində isə hərbi şirkətin əməkdaşları fəaliyyət göstərir”, – mənbə bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi noyabrın 4-də 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslər qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq həbs olunublar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Yeni komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanında korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən milyarder şahzadə əl Valid bin Talal və nazir Mutain saxlanıldıqları oteldə çəkdikləri “selfi”ni paylaşmışdılar. Onlar krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar.