ABŞ hərbiçilərini Əfqanıstandan çıxarmağa hazırdır

  • By admin
  • 03 Sentyabr 2019 16:09

“Taliban” qruplaşması ilə razılaşmanın layihəsinə uyğun olaraq, Birləşmiş Ştatlar 135 gün ərzində Əfqanıstandakı beş bazadan beş min hərbçi çıxarmağa hazırdır.

Bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “TOLOnews”a müsahibəsində deyib.

“Bəli, biz prinsipial razılaşma əldə etmişik”, – deyə o vurğulayıb.

Xüsusi nümayəndənin sözlərinə görə, lakin bu, yekun razılaşma deyil və hələ ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, sentyabrın 1-də Z.Xəlilzad Əfqanıstanın “Taliban” radikal hərəkatı ilə danışıqların doqquzuncu raundunun tamamlandığını bildirmişdi. Onun sözlərinə görə, tərəflər saziş  imzalamaq ərəfəsindədir.

Gununsesi.org