ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Türk dronlarına qarşı… – KRİTİK GƏLİŞMƏ

  • By admin
  • 28 Aprel 2021 17:39

Türkiyənin istehsal etdiyi Pilotsuz Uçuş Aparatlarının (PUA) ABŞ radarları tərəfindən təyin edilməsi faktı ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın hərbi müdafiə saytı olan “Defense News”də çıxan məqalədə bildirilib.

Sayt qeyd edib ki, ABŞ Avropalı müttəfiqlərini PUA-larla mbarizə mövzusunda təşviq edir.

Məqalədə Qarabağda baş verən müharibədə Qərb güclərinin lazımi dərslər aldığı da bildirilir.

İlk dron müharibəsi adı verilən Qarabağ savaşında Türk PUA-larının müvəffəqiyyəti ilə bağlı ABŞ-ın Avropadakı müttəfiqlərinə dronlara qarşı müqavimət imkanlarının artırılmasını üçün tövsiyələr etdiyi bildirilib.

Hazırlanan hesabatda ABŞ-ın Qara dəniz sahilində olan ölkələri PUA-larla mübarizəyə diqqət vermələri üçün dəstəklənməsi lazım olduğu ifadə edilib.