ABŞ Haniyənin ölümündən sonra danışıqlar aparır

İsmayıl Haniyənin Tehranda vəfatından sonra ABŞ Qəzza zolağında atəşkəslə bağlı İsrail, Qətər, İraq və Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqlar aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” (NYT) amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ rəsmiləri Haniyənin ölümünün atəşkəs razılaşmasının əldə olunmasını çətinləşdirdiyini etiraf edir, lakin danışıqların dondurulmamasında israr edirlər.

Nəşrin mənbəsinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden regional həmkarlarına şəxsən zəng etməyib, lakin “bu məsələdə öz komandası ilə fəal şəkildə əlaqə saxlayır”.

Bundan əvvəl Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Haniyənin öldürülməsindən sonra İsrail ilə Fələstinin Həmas qruplaşması arasında uğurlu vasitəçiliyin mümkün olmadığını bildirib.

O, vurğulayıb ki, bir tərəf digər tərəfdəki danışıqları aparan tərəfi öldürəndə vasitəçilik uğurlu ola bilməz.

 

 

Günay

Gununsesi.info