ABŞ administrasiyası Hindistandan olan gəmiçilik şirkətlərinə – Gotik Shipping Co və Plio Energy Cargo Shipping-ə qarşı sanksiyalar tətbiq edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu şirkətlər Rusiyanın “Novatek” şirkətinin “Arctic LNG 2” MMC ilə bağlıdır.
Palau bayrağı altında üzən iki LNG tankerinin də məhdudiyyətlərə məruz qaldığı dəqiqləşdirilir. Söhbət “Mulan” və “New Energy” qaz daşıyıcılarından gedir.
Bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirmişdi ki, Amerika hakimiyyəti özləri başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməklə dolları dünya valyutası kimi məhv edirlər.
O, dövlət başçısı olanda da sanksiyalar tətbiq etdiyini, amma çox tez aradan qaldırdığını deyib.
Trampın sözlərinə görə, digər ölkələr, o cümlədən Rusiya öz bizneslərini davam etdirir və artıq ABŞ-a ehtiyac duymadıqlarını bildirirlər.
Daha əvvəl Financial Times yazmışdı ki, Rusiya Ukraynada hərbi əməliyyatlar üçün kritik elektronikanın tədarükünü təmin etmək üçün Hindistanla “gizli ticarət kanalı” yaradıb.
Hesabatda o da bildirilir ki, 2022-ci ilin oktyabrında Rusiya Sənaye və Ticarət Nazirliyi bu kanal vasitəsilə elektronikanın tədarükünə təxminən 82 milyard hind rupisi xərcləmək üçün məxfi planlar hazırlayıb.