ABŞ Hindistanın Rusiyadan S-400 almasından narahatdır

  • By admin
  • 29 İyul 2021 14:23

ABŞ Hindistanın Rusiyadan S-400 zenit raket komplekslərini almasından narahatdır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Bizim öz qanunlarımız var. Qanunlarımızı tətbiq edirik və Hindistanla bu barədə narahatlıqlarımızı paylaşdıq. Hadisələri qabaqlamaq istəmirəm. Önümüzdəki aylarda hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, – deyə o bildirib.