Konqresdəki Respublikaçı və Demokratik partiyaların nümayəndələri 2024-cü ildə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, maliyyələşdirmə layihəsində nəzərdə tutulan büdcə Ağ Evin tələblərinə cavab verir:
“Konqresdə liderlər tərəfindən razılaşdırılmış ikitərəfli maliyyələşdirmə qanun layihəsi bizi hökumətin lazımsız bağlanmasının qarşısını almağa və mühüm milli prioritetləri qorumağa yaxınlaşdırır”.
ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 1,6 trilyon dollar təşkil edəcək. Bunun 886 milyard dolları müdafiə xərclərinə, 704 milyard dolları isə digər xərclərə sərf olunacaq.
2023-cü ilin noyabrında Bayden federal hökuməti müvəqqəti maliyyələşdirmək üçün Konqresin hər iki palatası tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb.
Gözlənilirdi ki, ABŞ hakimiyyəti respublikaçılarla yeni razılaşmalar əldə edə bilməsəydi, 2024-cü il yanvarın 19-dan sonra hökumət işlərinə vəsaitin ayrılması qismən dayandırıla bilər.
Bu, bir sıra dövlət proqramlarının və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, enerji, hərbi inkişaf, nəqliyyat və mənzil tikintisi ilə məşğul olanların işinin dayandırılmasına gətirib çıxaracaqdı.
Gununsesi.info