ABŞ hökumətinin müvəqqəti maliyyələşdirmə planı bloklandı

ABŞ Konqresinin Nümayəndələr Palatası səsverməyə əsasən, 2025-ci ilin mart ayına qədər ABŞ hökumətini müvəqqəti maliyyələşdirmək üçün respublikaçıların təklif etdiyi qanun layihəsini bloklayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, sənədi Konqresin aşağı palatasının 202 üzvü dəstəkləyib, 220 konqresmen bu təşəbbüsün əleyhinə çıxış edib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden respublikaçıların müdafiə xərclərini azaldan qanuna veto qoyacağı ilə hədələyib.

Büdcə sentyabrın sonuna qədər qəbul edilməsə, federal hökumət fəaliyyətini dayandırmalı olacaq.

Xatırladaq ki, 2025-ci maliyyə ili üçün hökumət büdcəsi Demokratik prezident administrasiyası ilə respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası arasında qızğın mübahisələrə səbəb olur.

 

 

Gununsesi.info