ABŞ hökuməti Gömrük Komitəsinə rentgen skanerleri verib

  • By admin
  • 17 Fevral 2022 19:17

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi sərhəd təhlükəsizliyini təşviq etmək məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq edir.

Gununsesi.info bildirir ki, bu barədə ABŞ səfirliyinin yaydığı açıqlamada deyilir.

Səfir Litzenbergerlə Azərbaycan Gömrük Komitəsinin sədri Səfər Mehdiyev arasındakı görüş haqda açıqlamada daha sonra deyilir: ”

Səfir Litzenberql Səfər Mehdiyev bibirlikdə mobil aşkarlamavadanlığının rəsmi təhvil mərasimində iştirak edib. ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanın tərəfdaşıdır. Təqdim etdiyimiz rentgen skanerləri kimi avadanlıqlardan istifadə etməklə Azərbaycan öz enerji infrastrukturunu uğurla qoruyub və kütləvi qırğın silahları və narkotiklərin daşınmasının qarşısını almaq bacarığı təkmilləşdirilib”.

 

Gununsesi.info