ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

  • By ilhame
  • 24 Mart 2024 09:29

Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

 

“ABŞ-nin Hərbi Qüvvələri Qırmızı dənizin cənubunda husilərin 6 pilotsuz uçuş aparatına hücum edib. Onlardan beşi Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan ərazilərə düşüb”, – komandanlığın “X”dəki səhifəsində yayımlanan bəyanatda deyilir.

 

Husilərin beş gəmi əleyhinə ballistik raket buraxdığı qeyd edilir.

Gununsesi.info