ABŞ husiləri yenidən terror təşkilatları siyahısına salıb

  • By ilhame
  • 17 Yanvar 2024 20:07

ABŞ husiləri yenidən terror təşkilatları siyahısına salıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, çoxsaylı xəbərdarlıqlara və diplomatik səylərə baxmayaraq, husilərin hücumları dayanmayıb.

 

Qeyd edək ki, keçmiş Amerika lideri Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında da husiləri terror təşkilatları siyahısına daxil etmişdi. Həmin ilin fevralında Cozef Bayden administrasiyası husiləri bu siyahıdan çıxardı.

 

Gununsesi.info