ABŞ Yəmənin İranın dəstəklədiyi husi üsyançılarının nəzarətində olan bölgələrdə “qaçınılmaz təhlükə” hesab edilən hədəflərə hücum həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, CENTCOM 3 pilotsuz suüstü gəmi, 2 gəmi əleyhinə idarə olunan raket və 1 tək istiqamətli pilotsuz uçuş aparatına hücum həyata keçirib.
Bu hədəflərin bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün “birbaşa təhlükə” yaratdığı vurğulanır.
CENTCOM qeyd edib ki, hücumlar “naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək” məqsədilə həyata keçirilib.
Gununsesi.info