ABŞ-ı sarsıdan təyyarə qəzası: - "Helikopterin müşahidə sistemi sönük idi"

  • By Admin2
  • 07 Fevral 2025 11:35

ABŞ- dan olan Respublikaçı Texas senatoru Ted Kruz ABŞ-ı silkələyən və 67 nəfərin ölümünə səbəb olan ölümcül təyyarə qəzası ilə bağlı mətbuata açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, Kruz bildirib ki, hərbi helikopter təlim missiyası yerinə yetirir, ona görə də təhlükəsizlik baxımından müşahidə sistemini bağlamaq üçün heç bir səbəb yoxdur.

Hərbi helikopterdə yerdəki radar sistemi ilə sorğu-sual edildikdə müəyyən kodlu siqnal göndərən qurğu var.

Kruz qeyd edib ki, bu şəkildə təyyarə radarda görünür, lakin ADS-B kimi tanınan müşahidə sistemi daha etibarlı və həssasdır.

Qəza zamanı hərbi helikopterin müşahidə sisteminin sönük olduğu müəyyən edilib.

ADS-B kimi tanınan müşahidə sistemi, təyyarənin yeri, sürəti və hündürlüyü kimi uçuş məlumatlarını avtomatik olaraq yayımlayır. Ənənəvi sistemlərdən daha həssas olduğu bilinir.

Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi verdiyi yazılı açıqlamada yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında American Airlines sərnişin təyyarəsi ilə “Black Hawk” tipli hərbi helikopterin toqquşduğunu açıqlayıb.

Qəzanın görüntüləri tezliklə sosial şəbəkələrdə yayılmağa başlayıb.

Paytaxt Vaşinqton yaxınlığındakı hava limanı yaxınlığında baş verən qəzada içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan bir hərbi helikopter Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların olmadığını açıqlayıb.

Daha əvvəl həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığı və şəxsiyyətlərinin müəyyən edildiyi paylaşılmışdı.

Orxan Saffari

Gununsesi.info