ABŞ ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair danışıqları ləğv edir

  • By Admin2
  • 17 İyun 2025 10:23

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ administrasiyasının ikitərəfli münasibətləri yaxşılaşdırmaq məqsədi daşıyan görüşü ləğv etdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya mətbuatına danışan Mariya Zaxarova Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün yeni məsləhətləşmələr raundunun mümkünlüyünü qiymətləndirib.

Zaxarova bunları qeyd edib:

“İki ölkənin diplomatik nümayəndəliklərinin iş prosesini yaxşılaşdırmaq üçün narahatedici elementlərin aradan qaldırılması üçün yeni məsləhətləşmələr raundu çərçivəsində keçirilən görüş amerikalı müzakirəçilərin təşəbbüsü ilə ləğv edilib. Ümid edirik ki, (Amerika rəsmilərinin) fasiləsi çox uzun olmayacaq”.

Orxan

Gununsesi.info