ABŞ ilk dəfə bu ölkəyə “Triton”lar yerləşdirir

  • By admin
  • 15 May 2021 11:15

ABŞ hərbi-hava qüvvələri ilk dəfə olaraq Yaponiyaya iki ədəd “MQ-4C Triton” pilotsuz uçan aparatının (PUA) yerləşdirilməsi barədə qərar qəbul edib.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Kyodo agentliyi məlumat yayıb. Qeyd edilir ki, həmin PUA-lar Hönşü adasının şimalında, ABŞ hərbi-hava qüvvələrinin Misava hərbi bazasında yerləşdiriləcək.

Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu PUA-lar qonşu dövlətlərin dənizdə artan fəallığını daha dəqiq izləməyə imkan yaradacaq.

Bildirilir ki, Yaponiyada əsas narahatlıq Senkaku (Dyaoyuydao) adaları ətrafında yaranmış vəziyyətlə əlaqədardır. 2012-ci ildə həmin adalar Yaponiya hökuməti tərəfindən fərdi sahibkardan satın alındıqdan sonra Tokio ilə Pekin arasında ərazi mübahisəsi daha da gərginləşib. Bu adalar Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da onlara iddialıdır.

Gununsesi.info