ABŞ Hərbi-Hava Qüvvələri “Raytheon” şirkəti ilə dünyanın 10 ölkəsinə “hava-hava” raketi satması ilə bağlı saziş imzalayıb.
Gununsesi.info lenta.ru-ya istinadən xəbər verir ki, 634,2 milyon dollar həcmində olan sazişə əsasən “Raytheon” şirkəti təkmilləşdirilmiş yaxın orta məsafəyə uçan AİM-120 AMRAAM “hava-hava” raketini dünyanın 10 ölkəsinə satacaq.
Şirkət bu raketlərlə yanaşı, onun hissələrini və telemetrik avadanlığını da satmaq hüququ əldə edib.
ABŞ-ın istehsalı olan bu raketləri Yaponiya, Polşa, Türkiyə, Cənubi Koreya, İndoneziya, Rumıniya, Mərakeş, İspaniya, Bəhreyn və Qətər alacaq. Müqavilə 2020-ci ilin 31 yanvarınadək icra olunmalıdır.
AIM-120 AMRAAM raketləri hava hədəflərini gözlə görünməyən məsafədə vurmaq üçün nəzərdə tutulub. ABŞ HHQ bu raketlərdən 1991-ci ildən istifadə edir. İndiyədək ABŞ istehsalı olan bu silahları Böyük Britaniya, Almaniya, İtaliya, Yunanıstan, Finlandiya, Norveç və digər ölkələr alır. AİM-120 silah ilk dəfə 1990-cı ildə İraqda MiQ-23 və MiQ-25qırıcı təyyarəsinə, həmçinin NATO-nun Yuqoslaviyada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı MiQ-29 qırıcısına qarşı istifadə olunub.
Qeyd edək ki, ABŞ-ın bu ölkələrə adıçəkilən silahları satması Rusiyanı ciddi narahat etməyə başlayıb.
Gununsesi.info