ABŞ-ın 18 Senator və Konqresmeni Qubad Qubadoğluna görə Blinkenə müraciət edib

  • By ilhame
  • 20 Noyabr 2023 22:35

ABŞ-ın 18 senator və konqresmeni hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlu ilə bağlı bu ölkənin Dövlət Katibi Antoni Blinkenə müraciət edib.

Gununsesi.info bildirir ki, müraciətdə Dövlət Katibindən Qubad İbadoğlunun azad olunması üçün mümkün addımların atılması xahiş olunur:

Biz aşağıda imza edən ABŞ senatorları və konqresmenləri Sizə yazmaqla hazırda Azərbaycanda həbsdə olan və ədalətsiz ittihamlarla qarşılaşan məşhur iqtisadçı alim, professor Qubad İbadoğlunun hazırki vəziyyətindən dərin narahtlığımızı ifadə edir və Sizdən onun azadlığa buraxılması üçün qəti tədbirlər görməyi təkidlə xahiş edirik”.

Müraciətdə deyilir ki,
Qubad İbadoğlu şəffaflıq və hesabatlılıq sahəsindəki beynəlxlaq təşkilatların hörmətli üzvlərindəndir, dövlət maliyyəsinin idarə edilməsi, təbii resursların istismarı və korrupsiya sahəsində tədqiqatları ilə dünyada və Azərbaycanda bu işlərə böyük töhfə vermişdir:
“Professor Qubad İbadoğlu ABŞ vətəndaşı olmasa da, ölkəmizlə sıx əlaqələri var, o, son illərdə Chapel Hilldəki Şimali Karolina Universitetində, Duke Universitində və Rutgers Universitində dəvətli professor kimi çalışmışdır.

Biz professor Qubad İbadoğlunun ABŞ universitetlərinə və akademik cəmiyyətinə verdiyi töhfəyə hörmət nümayiş etdirərək onu dəstəklədiyimizi bildirir və Bayden Administrasiyasından Qubad İbadoğlunun azad olunması və həyati əhəmiyyətli vasitələrə – tibbi xidmətə və ailəsi-yaxınları ilə azad şəkildə görüşünə imkan yaradılması üçün bütün mümkün diplomatik vasitələri işə salmağı xahiş edirik.

Bundan başqa, biz geniş əhali təbəqələrinə neqativ təsir göstərən siyasi həbslər, vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinin və media azadlığının məhdudlaşdırılması kimi Azərbaycanda insan hüquqları sahəsində baş verən digər təlaş yaradan hadisələrdən narahatıq və Dövlət Departamenti ilə bu sahədə birlikdə işləməyə ümid edirik!

Hörmətlə,

Senatorlar

1.Thom Tillis
2. Christopher A. Coons
3. Ted Budd
4. Tim Kaine
5. Bill Cassidy, M.D.
6. Cory A. Booker
7. Alex Padilla
8. Richard J. Durbin
9. Jeanne Shaheen

Konqresmenlər

1. Christopher H. Smith
2. James P. McGovern
3. Frank Pallone, Jr.
4. Steve Cohen
5. Joaquin Castro
6. Jamie Raskin
7. Jim Costa
8. Marc A. Veasey
9. Gerald E. Connolly

Gununsesi.info