ABŞ-ın 400 ən zəngin insanının sərvəti 2,96 trln. dollara çatıb - "FORBES"

  • By admin
  • 02 Oktyabr 2019 20:19

ABŞ-ın ən zəngin vətəndaşlarının reytinqində yer alan amerikalıların varidatı 2,96 trln. ABŞ dollarına çatıb, onların orta sərvəti isə 7,4 mlrd. dollaradək artıb.

Gununsesi.org-un “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, 400 amerikalının sərvəti rekord həddə – 2,96 trln. dollara çatıb ki, bu da 2018-ci illə müqayisədə 2,2% çoxdur. Eyni zamanda, reytinq iştirakçılarının orta sərvəti il ərzində 200 mln. dollar artaraq 7,4 mlrd. dollara çatıb.

Qeyd edək ki, 2019-cu ildə sözügedən reytinqə daxilolma həddi 2,1 mlrd. dollar olub.

 

 

Gununsesi.org