
ABŞ-ın 41 ştatı və Kolumbiya dairəsi “Instagram” və “Facebook” sosial şəbəkələrinin ana şirkəti olan “Meta” platformasını məhkəməyə verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Ən gənc istifadəçilərin sağlamlığına zərər verdiyi iddiası ilə platformaya qarşı qaldırılan işdə ən azı 40 hüquqşünas çalışıb.
Qeyd olunur ki, “Meta” öz məhsullarını bilərəkdən federal qanunlara və şirkət qaydalarına uyğun olaraq platformalara girişi qadağan edilən 13 yaşından kiçik uşaqlara təklif edib.
“Meta”nın “asılılıq yaradan xüsusiyyətlərinin zərərli olduğunu və platformasının təhlükəsizliyi ilə bağlı ictimaiyyəti qəsdən çaşdırdığını” bildiyi iddia edilir.
İddialar “Meta”nın gənclər arasında psixi sağlamlıq problemlərinə töhfə verib-verməməsi ilə bağlı 2021-ci ildə aparılan geniş araşdırmanın nəticəsi ilə bağlıdır.
Gununsesi.info