ABŞ-ın aparıcı bankının 1 milyon səhmi satışa çıxarılacaq

  • By ilhame
  • 28 Oktyabr 2023 12:20

ABŞ-ın aparıcı bankı – “JPMorgan Chase”in rəhbəri Ceymi Daymon (Jamie Dimon) və ailəsi bankın 1 milyon səhmini satmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, səhmlər gələn ildən başlayaraq maliyyə diversifikasiyası və vergi planlaması məqsədləri üçün satılacaq. Ailə hazırda bankın təxminən 8,6 milyon səhminə sahibdir.

67 yaşlı C.Daymon 2005-ci ilin sonundan “JPMorgan”a rəhbərlik edir.

Gununsesi.info