ABŞ-ın ATACMS raketləri ilə bağlı qərarı riskdir

ABŞ Ukraynaya Amerikanın ATACMS raketləri ilə Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa icazə verməklə riskə gedir.

Gununsesi.info xəbər verir ki, bunu milyarder Devid Saks X sosial şəbəkəsində yazıb.

O, vurğulayıb ki, Bayden bunun Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyi barədə bir dəfə xəbərdarlıq edib.

Saks hesab edir ki, Rusiyanın qisas almaq üçün “çox yolları” var: “Ağ Ev Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün Amerika raketlərinin istifadəsinə yaşıl işıq yandırmağa hazırdır… Biz niyə bu riski götürürük? Ukrayna nə müqavilə üzrə müttəfiqdir, nə də həyati maraqdır”.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Kiyevlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəyə icazə verilməsini müzakirə etdiyini bildirib.

O, danışıqların nəticələri barədə ABŞ prezidentinə məlumat verəcək.

 

 

Gununsesi.info