“Vaşinqton hərbi təhlükə yarandığı təqdirdə Avropa ölkələrinin müdafiə qabiliyyətini təmin etməyə borclu deyil”.
Gununsesi.info “Semafor” portalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens bildiri.
O, Kamala Harris komandasının Rusiya prezidenti Vladimir Putinin Ukraynada dayandırılmasa, guya Almaniyaya doğru hərəkət edəcəyi ilə bağlı açıqlamalarını yalan adlandırıb.
ABŞ-ın vitse-prezidentliyə namizədi bildirib ki, Donald Tramp seçkidə qalib gələrsə, Vaşinqton Avropa ölkələri ilə münasibətləri gücləndirməyə davam edəcək, lakin müdafiə və enerji məsələlərində özünü təmin etməyi tələb edəcək.
Bundan əvvəl Bloomberg yazıb ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müşavirləri prezident seçkilərində qalib gələrsə, NATO müttəfiqlərindən hərbi ehtiyaclar üçün xərcləri artırmağı tələb etməyi təklif ediblər.
İlhamə
Gununsesi.info